DÇ-2022: Niderlandla Ekvador heç-heçə edib

img

25-11-2022 [21:52]


Qətərdə keçirilən dünya çempionatının A qrupunda II tura yekun vurulub.

Mia.az xəbər verir ki, turun son matçında Niderland və Ekvador yığmaları üz-üzə gəlib və oyun heç-heçə başa çatıb - 1:1.

Görüşdə ilk qolu 6-cı dəqiqədə "narıncılar"dan Kodi Qakpo vurub. 49-cu dəqiqədə isə Enner Valensiya tarazlığı bərpa edib.

Qrupun digər matçında ev sahibi Qətər Seneqala uduzub - 1:3.

Qeyd edək ki, 2 turdan sonra aktivində 4 xalı olan Ekvador və Niderland ilk iki sıranı bölüşdürür. Seneqal 3 xalla üçüncü, xalı olmayan Qətər isə sonuncudur. Bu nəticədən sonra ev sahiblərinin qrupda qalması dəqiqləşib.


Digər xəbərlər
SON XƏBƏRLƏR