"Azərbaycan və Ermənistan liderlərinin Rusiyada görüşü planlaşdırılmır" - Peskovdan açıqlama

img

25-11-2022 [14:06]


"Yaxın vaxtlarda Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmır".

Mia.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov bildirib ki, Moskva Azərbaycan və Ermənistan arasında münasibətlərin tezliklə normallaşması üçün işini davam etdirəcək.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Brüsseldə dekabrın 7-də Paşinyanla nəzərdə tutulan görüşün olmayacağını deyib. Səbəb isə Ermənistan tərəfinin həmin görüşə Fransa lideri Makronun da qatılmasını tələb etməsi olub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR