Jerom Lamber Fransa Milli Assambleyasının 577 üzvünə müraciət edib - Azərbaycanla bağlı
25-11-2022 [11:51]
Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyasının (ADA) prezidenti Jerom Lamber Fransa Milli Assambleyasının 577 üzvünə müraciət edib.
Mia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunub ki, müraciətdə 28 noyabr 2022-ci il tarixində Fransa Milli Assambleyasında Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamənin müzakirəyə çıxarılmasına etiraz edilib.
J.Lamber öz mövqeyini məlum qətnaməni hazırlayanların Ermənistanla Azərbaycan arasında mövcud vəziyyətdən tamamilə xəbərsiz olmaları və beynəlxalq hüquq normaları ilə əsaslandırıb.
Nəzərə çatdırıb ki, məhz Ermənistan 1990-cı illərin əvvəllərində Azərbaycanın böyük bir hissəsini (ərazisinin 20%-ə yaxını) zor gücü ilə işğal edib. Beynəlxalq hüquqa zidd olan bu qəsbkarlıq BMT-də dəfələrlə müzakirə edilib və pislənilib. BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa da erməni işğalını pisləyən bütün qətnamələrə səs verib.
Azərbaycanın öz ərazi bütövlüyünü müdafiə etmək hüququndan istifadə etməklə iki il əvvəl Ermənistanın işğalına son qoyduğuna və bundan sonra bölgədə vəziyyətin əsasən sabitləşdiyinə diqqət cəlb edilib.
Beynəlxalq qurumların öz ərazilərini azad edən Azərbaycanın ünvanına heç bir qınaq səsləndirmədiyini vurğulayan J.Lamber xatırladıb ki, Prezident Emmanuel Makron özü son aylarda Fransanın Azərbaycanın 1991-ci ildəki dövlət sərhədlərini – Ermənistan silahlı qüvvələrinin işğalından əvvəlki beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərini qəbul etdiyini bir neçə dəfə etiraf edib. “Bundan daha aydın mövqe ola bilməz”, - deyə o əlavə edib.
J.Lamber qeyd edib ki, 2020-ci ilin noyabrında üçtərəfli sazişin imzalanmasından bəri Azərbaycan qonşusu ilə dayanıqlı sülhü bərqərar etmək istəyir, lakin məhz Ermənistan iki xalq arasında münasibətləri sabitləşdirməyə gətirib çıxaracaq dinc danışıqların qarşısını alır.
ADA prezidenti bildirib ki, mövcud vəziyyəti qiymətləndirə bilməyən Ermənistandakı qatı millətçi çevrələr vaxtaşırı təxribatlar törədir, Ermənistan, Azərbaycan və Rusiya arasında əldə olunmuş üçtərəfli razılaşmaları şübhə altına almağa çalışır. Halbuki üçtərəfli bəyannamələrə zidd olaraq Azərbaycan ərazilərində minaların yerləşdirilməsinə cəhdlərin davam etdirilməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasından, regionda kommunikasiya və nəqliyyat yollarının açılması prosesindən imtina olunması qəbuledilməzdir.
Ermənistandakı ifrat millətçilərin bənzərlərinin erməni diasporunda mövcud olduğunu vurğulayan ADA prezidenti həmin qüvvələrin bir neçə senatoru beynəlxalq hüquq, dayanıqlı sülhün axtarışı, eləcə də Fransanın bütün xalqlarla yaxşı münasibətlər saxlaması baxımından tamamilə yersiz bu təşəbbüslə çıxış etməyə inandırmaq üçün yol tapdıqlarını məyusluqla diqqətə çatdırıb.
“Təəssüf ki, milli ərazimizdə mövcud olan erməni əsilli nüfuzlu fransız icmasının bəzi nümayəndələri arasında “qisas” arzusu həqiqətən də mövcuddur. Məhz erməni diasporundakı ekstremistlərin yaratdığı manevrlərə görə Ermənistan, Fransa və Avropa İttifaqı özlərini iştirakçı kimi qələmə vermək hüququnu itiriblər”, - deyə J.Lamber acı faktı konstatasiya edib.
Bütün əngəllərə baxmayaraq, Azərbaycanla Ermənistan arasında dinc danışıqların irəlilədiyinə diqqəti cəlb edən ADA prezidenti xatırladıb ki, bu yaxınlarda Praqa və Soçidə iki dövlətin liderləri bir-birinin ölkəsinin süverenliyini və ərazi bütövlüyünü tanıyan bəyannamələrlə çıxış ediblər.
“Bu o deməkdir ki, sizə təqdim olunan “qətnamə” mövcud vəziyyəti əks etdirməkdən uzaqdır. Qətnamənin qəbulu, hətta Fransanın diplomatik mövqeyini əks etdirməsə belə, ölkəmizi bu ərazilərin, onların tarixinin və ən yaxşı münasibətləri nizama salmağa çağırdığımız bu xalqların mürəkkəb reallıqlarından bir az da təcrid edə bilər. Halbuki biz Avropanın sərhədlərində və bir çox sivilizasiyaların kəsişməsində yerləşən bu regionda mövcud olmağa və müəyyən təsirə imkan verən ən yaxşı münasibətləri dəstəkləməliyik”, - deyə J.Lamber nəzərə çatdırıb.
Sonda J.Lamber parlament üzvlərini reallığı və mövcud vəziyyəti əks etdirməyən retrograd qətnamənin əleyhinə səs verməyə çağırıb. “Fransa sülh üçün çalışmalı, onun parlament nümayəndələri icmalar arasında problem yaratmamalıdır”.
Xatırladaq ki, noyabrın 15-də Fransa parlamentinin yuxarı palatası olan Senat Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul edib. Noyabrın 28-də isə bu qətnamə Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada müzakirəyə çıxarılacaq.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb