Şəhər meri iş yerində güllələnib

img

25-11-2022 [10:09]


Braziliyanın Lajeadu-du-Buqre şəhərinin (Riu-Qrandi-du-Sul ştatının cənubu) meri Roberto Masiel duş Santuş cümə axşamı iş yerində güllələnib.

Bu barədə "Folha de S.Paulo" qəzeti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, yerli vaxtla saat 11:00 radələrində (Bakı vaxtı ilə saat 20:00) maskalı silahlı şəxs məmurun ofisinə soxularaq orada olan şəhər administrasiyasının əməkdaşına atəş açıb. Cinayətkar bundan sonra avtomobillə naməlum istiqamətə gedib.

Roberto Masiel duş Santuş yerindəcə ölüb, əməkdaş güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, o, 2020-ci ildə yenidən bu vəzifəyə seçilmişdi.

Xatırladaq ki, 2019-cu ildə yerli səhiyyə departamentinin rəhbəri Lajeadu du Buqre də güllələnib. Həmin vaxt basqın edən şəxs hadisə yerində yaxalanıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR