Bakıda mağazaya basqın olub, pul və ərzaq aparılıb

img

24-11-2022 [11:41]


Bakıda mağazaya basqın olub.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə noyabrın 23-də saat 7 radələrində Binəqədi qəsəbəsi ərazisindəki marketlərdən birinə gələn şəxsin oradakı iki satıcını bıçaqla hədələyib quldurluq yolu ilə pul və ərzaq məhsulları talaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dələduzluğa və soyğunçuluğa görə məhkum olunmuş Ramin Mirzəyev müəyyən edilərək saxlanılıb.

Fakt üzrə Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR