“Caspian Survey and Vetting Services Ltd” MMC-nin apardığı qanunsuz tikinti dayandırıldı - VİDEO

img

24-11-2022 [11:12]


Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda daha bir qanunsuz tikintinin qarşısını alıb.

FHN-dən Mia.az-a verilən məlumata görə, Qaradağ rayonu, Salyan şossesi, 28-30-cu kilometr ünvanında “Caspian Survey and Vetting Services Ltd” MMC tərəfindən müvafiq icazəverici sənədlər olmadan 1000 kvadratmetr sahədə qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA