Müsavatçıların İran səfirliyinin önündəki piketinə icazə verilməyib - Açıqlama

img

15-11-2022 [17:37]


Bu gün Müsavat Partiyasının fəalları İranın Bakıdakı səfirliyinin qarşısında İrandakı etirazçılara qarşı sərt tədbirlərlə bağlı piket keçirməyə cəhd edib.

Mia.az xəbər verir ki, polis piketin keçirilməsinə imkan verməyib və Başqan Arif Hacılı başda olmaqla xeyli müsavatçı ərazidən uzaqlaşdırılb.

Məsələ ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov deyib ki, gün bu gün bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd edib: "Cəhdin qarşısı alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar. Saxlanılan yoxdur".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA