Armen Qriqoryan: "Azərbaycan-Ermənistan münasibətləri çox mürəkkəbdir"

img

15-11-2022 [16:54]


“Türkyə-Ermənistan münasibətlərinin normallaşması prosesində tezliklə nəticə olacağına ümid edirəm”.

“Novosti Armenia” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Onun sözlərinə görə, Ankara-İrəvan münasibətlərinin normallaşması üzrə danışıqlar intensiv şəkildə davam edir: “Tərəqqinin təmin olunacağını anlamaq üçün sıx əlaqə var”.

A.Qriqoryan müshibəsində Bakı və İrəvan arasında aparılan danışıqlara da toxunub.

Təhlükəsizlik Şurasının katibi deyib ki, Azərbaycan-Ermənistan münasibətləri çox mürəkkəbdir. “Türkiyə ilə münasibət də belədir. Bu münasibətlər arasında əlaqə əlavə çətinliklər yaradır”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA