Azərbaycanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

img

10-11-2022 [22:24]


Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə IRNA xəbər yayıb.

Bildirilib ki, Xarici işlər nazirinin köməkçisi Azərbaycan mətbuatında İran əleyhinə olan qeyri-dost bəyanatlara narazılığını və kəskin etirazını səfirə çatdırıb.

"Biz bu prosesin ən qısa zamanda dayandırılmasını və təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsini gözləyirik", - XİN rəsmisi qeyd edib.

Səfir Əli Əlizadə mövcud vəziyyətdən təəssüfləndiyini bildirərək İran tərəfinin etirazını dərhal Bakıya çatdıracağını vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA