Allahşükür Paşazadə Manamada Roma Papası ilə görüşüb
06-11-2022 [17:08]
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Manama şəhərində “Bəhreyn Dialoq Forumu” çərcivəsində Dünya Müsəlman Ağsaqqallar Şurası və Roma Katolik Kilsəsinin birgə görüşündə iştirak edib.
Mia.az xəbər verir ki, Manamanın “Qəsr əs-Səxir Kral sarayı”nda əsas iştirakçı qismində müsəlman dünyasının təmsilçiləri - Əl-Əzhərin Şeyxi, Dünya Müsəlman Ağsaqqallar Şurasının sədri Əhməd Əl-Tayyib, Bəhreyn Krallığı Ali İslam Məsələləri Şurasının prezidenti, Kral ailəsinin üzvü Şeyx Əbdürrəhman bin Məhəmməd bin Raşid Əl Xəlifə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə daxil olmaqla, Müsəlman Ağsaqqallar Şurasının üzvləri, Vatikan tərəfindən - Roma Papası Fransisk, Baş Nazir kardinal P.Parolin, Dinlərarası dialoq üzrə Pontifik Şurasının sədri kardinal M.Ayuso, Dövlətlərlə əlaqələr katibi (Xarici işlər naziri) P. Qallaher, digər rəsmi şəxslər və nüfuzlu din, ictimaiyyət xadimləri iştirak ediblər.
Roma Papası Fransisk tədbirdə iştirak edən din xadimlərini salamlayaraq, din adından çıxış edən radikal qruplaşmaların və onların fəaliyyəti nəticəsində yaranmış münaqişələrin qarşısının alınması üçün səy göstərən tanınmış müsəlman və xristian xadimlərinin birgə görüşünü yüksək qiymətləndirib. O, qeyd edib ki, Müsəlman Ağsaqqallar Şurasında təmsil olunan dünyanın nüfuzlu müsəlman dini liderləri dindən sui-istifadə hallarının aradan qaldırılmasında dünyada ədalət, tolerantlıq, hörmət və mötədillik dəyərlərinin, dayanıqlı sülh mədəniyyətinin yayılmasında mühüm rol oynayırlar.
Papa Fransisk, öz məruzəsində dinlərarası dialoq müstəvisində keçmişdəki mübahisələri və qarşıdurmaları unutmağa və səmimi şəkildə qarşılıqlı anlaşmaya nail olmağa və bəşəriyyətin xeyrinə olacaq sülhü, azadlığı, sosial ədaləti və mənəvi dəyərləri qorumağa və təşviq etməyə çağırıb. O deyib ki, getdikcə parçalanan, qloballaşma pərdəsi altında narahatlıq və qorxu hissləri yaşayan dünyada böyük dini ənənələr bəşəriyyətin fiziki və mənəvi sağlamlığı üçün onun ruhunu birləşdirən qəlb olmalıdır.
Toplantıda çıxış edən Müsəlman Ağsaqqallar Şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə Şuranın rəhbərinə dəvətə görə minnətdarlığını bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Bəhreyn forumu çərçivəsində çıxışında müsəlman birliyinə toxunan Şeyxülislam deyib: "Biz hamımız şahidik ki, 2019-cu ildə Abu-Dabidə Əl-Əzhərin Şeyxi Əhməd əl-Tayyib həzrətləri və Papa Fransisk həzrətləri tərəfindən imzalanmış “İnsan Qardaşlığı” sənədi dünyada sülhə, təkcə müsəlmanlar və xristianlar arasında deyil, həm də bütün dinlərdən olan xalqların qarşılıqlı hörmət içində dinc yanaşı yaşaması ideyasına və insan qardaşlığına böyük töhfədir".
Şeyxülislam A.Paşazadə qeyd edib ki, multikulturalizmi dövlət siyasəti olaraq həyata keçirən Azərbaycan dünyada insan həmrəyliyinə xidmət edən təşəbbüslərlə çıxış edir və bu istiqamətdə qlobal səyləri dəstəkləyir. Bu əsnada, "İnsan qardaşlığı" sənədinin müddəalarından irəli gələn məqamlar Azərbaycan tərəfindən dəstəklənir.
QMİ sədri vurğulayıb ki, ölkəmizdə dini, məzhəb ayrıseçkiliyi yoxdur, islamdaxili vəhdət hökm sürür.
QMİ sədri bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əlcəzairə rəsmi səfəri ilə əlaqədar toplantı iştirakçılarına məlumat verib. Dövlət başçımızın İslam həmrəyliyi ideyalarına söykənən tarixi çıxışında Əlcəzair xalqının öz müstəqilliyi uğrunda göstərdiyi mücadiləyə verdiyi yüksək dəyər bütün iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. KAİCİİD beynəlxalq dinlər və sivilizasiyalar arası dialoq Mərkəzinin Direktorlar şurasının üzvü d-r Məhəmməd Sammak Prezident İ.Əliyevin Əlcəzairə səfərinin ümumən ərəb dünyasında böyük maraqla izlənildiyini və dövlət başçımızın çıxışının xüsusi ehtiramla qarşılandığını diqqətə çatdırıb. O eyni zamanda Şeyxülislam A.Paşazadəyə xitab edərək Azərbaycanın tolerantlıq məkanı olaraq, islamdaxili və məzhəblərarası münasibətlərdə bir nümunə olduğunu ifadə edib. Şura üzvləri adından Şeyxülislam A.Paşazadəyə müraciət olunaraq, Azərbaycan Prezidentinə onların salamlarının və Əlcəzair səfəri zamanı İslam həmrəyliyi ideyalarına göstərdiyi diqqətə görə minnətdarlığın çatdırılması rica edilib.
Şeyxülislam A. Paşazadə Azərbaycan xalqının yaxın günlərdə 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin ikinci ildönümününü qeyd edəcəyini xatırladaraq, 2020-ci ildə Azərbaycan xalqının Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüquq normaları əsasında 30 ilə qədər davam etmiş Ermənistanın hərbi təcavüzünə son qoyaraq əzəli torpaqları olan Qarabağı işğaldan qurtararaq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. O, hal-hazırda dövlətimizin işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi abidələrimizi bərpa etdiyi, torpaqlarımızı minalardan təmizləyərək genişmiqyaslı yenidənqurma işləri apardığı barədə məlumat verib. Habelə, bölgəmizdə baş verən hadisələr haqqında geniş məlumat verən QMİ sədri Azərbaycanın bölgədə sülh, qarşılıqlı anlaşma və iqtisadi əməkdaşlıq yönündə davamlı olaraq dialoq müstəvisi və layihələrlə çıxış etdiyini diqqətə çatdırıb. Şura sədri və tədbir iştirakçıları Azərbaycan xalqını və dövlətini 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin ikinci ildönümü münasibətilə təbrik ediblər.
Bəhreyn Forumu çərçivəsində Şeyxülislam A.Paşazadə Roma Papası Fransisk, Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyib, Vatikanın ali nümayəndələrindən Dövlət katibi kardinal Pietro Parolin, Dinlərarası dialoq üzrə Pontifik şurasının prezidenti, kardinal Migel Anhel Ayuso, arxiyepiskop Edqar Penya Parra, arxiyepiskop Pol Riçard Qallaher, habelə Konstantinopol patriarxı Varfolomey, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və digər nüfuzli din xadimləri ilə ikitərəfli görüşlər keçirib.
Ayxan Abbasov "Qarabağ"ın milliyə çağırılan 5 oyunçusu barədə sualı belə cavablandırdı - VİDEO
Toral Bayramov millimizin oyununda forma imzaladı - Maraqlı kadrlar yalnız Mia.az-da (VİDEO)
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SOCAR işçilərinin maaşı artırıldı: 30 faiz - Əmr verildi
DÇ-2026: Azərbaycan - Fransa oyununda 4 qol var (YENİLƏNİB)
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb
Fransa qol vursa, biz də sevinəcəyik - Millinin baş məşqçisi sözünün arxasında duracaqmı? (VİDEO)
Prezident İlham Əliyev Özbəkistanda: "Şavkat Miromonoviç müdrik dövlət xadimi olmaqla yanaşı, həm də..." - Çıxış + FOTOLAR
Ağdərədə mina partlayışı olub - Yaralı var
Sabah hava necə olacaq? - Proqnoz
Oğuzda oğul anasını öldürüb
Gədəbəydə 59 yaşlı şəxs 37 yaşlı kişini öldürüb
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş