"Naxçıvanın statusu yerindədir, suyu bulandırmayın" - Siyavuş Növruzov qəzəbli açıqlama verdi, spiker isə "mətbuatda çox şey yazıla bilər" dedi
05-11-2022 [12:34]
"Son günlər mətbuatda Naxçıvan Muxtar Respublikasının statusunun ləğv olunması ilə yazıların dərc olunması Azərbaycanda gedən erməni təbliğatı işindən və onların dəyirmanına su tökən bir qrup insanın təxəllüyündən başqa bir şey deyil".
Mia.az Report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Şərqi Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin imzalanması və digər vacib məslələrlə bağlı iş gördüyü vaxtda belə bir mövzunun ortaya atılması doğru deyil: "Bunu edənlər erməni və Fransa dəyirmanına su tökən, suyu bulandıran şəxslərdir. Həmin qüvvələrə qarşı kəskin mövqe ortaya qoyulmalıdır. Qars müqaviləsində Naxçıvanın statusu müəyyən olunub və 5 ölkə Naxçıvanın təhlükəsizliyinə zəmanət verib. Statusu götürməklə nə güdür və düşünürlər? Bununla hansı azərbaycançılıq və millətçilikdən danışmaq olar? Status nə etnik, nə də millidir, sadəcə, siyasidir. Naxçıvan Azərbaycandan ayrı düşdüyündən idarəetmə mexanizminin yüngülləşdirilməsi üçün muxtar status verilib. Dünya təcrübəsində də belə faktlar var. Hər iş bitib, bircə Naxçıvanın statusunun ləğvi qalıb. Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olanda da AXCP-Müsavat cütlüyü Naxçıvanın statusunun ləğv edilməsinə və Ermənistana təhvil verilməsinə cəhd göstərdi. Lakin ümummilli lider bunun qarşısını aldı və Qars müqaviləsinə yenidən baxıldı. Bütün bunların bu gün gündəmə gəlməsi həmin cütlüyün tör-töküntüsünün işidir. Milli Məclisin hər bir deputatı bu məsələyə mövqe bildirməlidir. Əgər status ləğv olunacaqsa, referendum keçirilməlidir. Prezident də referendum təyin edilə bilər. Beynəlxalq müqavilə daxili qanunlardan üstündür. İllərdir blokada şəraitində yaşayan və inkişaf edən Naxçıvana qarşı aparılan belə təxribatlara son qoyulmalıdır. Çünki Naxçıvanın statusu yerindədir. Bunu Heydər Əliyev də təsdiqləyib. Başqaları da suyu bulandırmasın”.
Spiker Sahibə Qafarova isə vurğulayıb ki, Naxçıvanın statusuna heç kimin şübhəsi yoxdur və mətbuatda çox şey yazıla bilər/Report.
Tramp: "YPG-nin sərbəst buraxdığı avropalı İŞİD-lər tutulub"
ABŞ kürd silahlılarına niyə arxa çevirdi? - "Dəməşq İŞİD-ə qarşı mübarizədə daha istəklidir"
Suriya hökuməti və SDQ yenidən anlaşdı - Haseke ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident Qətərin Baş naziri ilə görüşüb - Nələr müzakirə olunub?
Əməkdar jurnalist vəfat edib
Prezident Davosda panel iclasında: "Danmırıq ki, müstəqil ölkə olaraq bu vəziyyətdən zövq alırıq” (Yenilənib)
Hamlet İsaxanlının qızı prorektor təyin edilib
Tahir Kərimli dələduzluqda ittiham olunan qardaşından danışdı
XİDMƏTİ MAŞIN VƏ ƏRİZƏ ALINIB, ANCAQ... - İcra başçısının köməkçisi elə addım atdı ki... (FOTOLAR)
"Fikirləşmirəm ki, “Ayntraxt”ın düşərgəsində hansısa problem var" - Qurban Qurbanov
"Ayntraxt"ın Baş məşqçisi bakıda: "Bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik"
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
Prezidentin müsahibəsi: "Beynəlxalq münasibətlər yeni eraya qədəm qoyur" - "Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir" - FOTOLAR
Ərdoğanın oğlu Gəncəyə gəlib - VİDEO
Hava Limanında sərnişinlər niyə sərt şəkildə yoxlanılır? - Ekspert "Gömrük orqanı bunu indi aldığımı necə sübut edəcək?" deyir
20 Yanvar və Qərbin ikiüzlü siyasəti - TƏHLİL
"Məcəllədə yazılıb, 5 ildən bir olmalıdır" - Məzahir Pənahov MSK sədrliyindən gedəcəyi barədə suala belə cavab verdi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
"Sığorta şirkətləri bu yolla dövlətə də zərər vururlar” - Ekspertlərdən açıqlamalar
"Azərbaycan vətəndaşları orada hansısa çətinliklə üzləşəndə..." - XİN başçısı İranla bağlı sualı cavablandırdı
ABŞ səfirliyinin əməkdaşları Şəhidlər xiyabanıda - FOTO
Azərbaycan nefti 69 dollara satılır - Qiymət 1.6 dollar ucuzlaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər