Nazir: “Sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə ehtiyac var” - "Rusiya qazı Azərbaycandan Ermənistana nəql edilir"

img

05-11-2022 [10:36]


“Azərbaycan sülh gündəliyinə sadiqdir. Hesab edirik ki, Praqa və Soçidəki görüşlərdən sonra sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə ehtiyac var”.

Mia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hələ də üçtərəfli bəyanatın müddəlarına zidd olaraq Ermənistan silahlı birləşmələri tam olaraq Azərbaycan ərazilərindən çıxarılmayıb.

Nazir deyib ki, 2020-ci ilin noyabrın 10-da üçtərəfli bəyanat imzalanandan dərhal sonra Azərbaycan tərəfi onun icrasına başlayıb: "Hətta Azərbaycan birtərəfli qaydada pozitiv addımlar atıb. Azərbaycan tərəfi bu müddət ərzində 1 700-dən artıq erməni hərbçinin meyitini Ermənistana təhvil verib”.

O bildirib ki, I Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000 azərbaycanlının taleyi ilə bağlı hər hansı bir məlumat yoxdur.

Nazir daha sonra qeyd edib ki, 2021-ci ilin qış aylarında 30 illik münaqişə tarixində ilk dəfə Rusiya qazı Azərbaycan ərazisindən Ermənistana nəql edilib: "Azərbaycan tərəfi buna da birtərəfli qaydada razılığını verib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:59 17.08.2025

QHT sədri vəfat edib