"4 mindən çox QHT-nin əksəriyyətinin yalnız bir qovluğu var”

img

04-11-2022 [13:16]


“Azərbaycanda iki əsas partiyanın olması kifayətdir”.

Mia.az xəbər veirr ki, bunu “Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiəsi Cəmiyyəti”nin sədri Novella Cəfəroğlu “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib.

O bildirib ki, ABŞ da çoxlu partiya var, ancaq seçkilərdə hakimiyyət uğrunda iki partiya mübarizə aparır: “Azərbaycanda da iki əsas partiyanın olmasını istəyərdim, fikrimcə bu kifayətdir. Ölkədə fəaliyyət göstərən digər partiyalar da təhsil, səhiyyə ilə məşğul olsunlar, və ya birləşsinlər".

QHT sədri hazırda Azərbaycanda 4 mindən çox QHT olduğunu da xatırladıb: “Ancaq onların da əksəriyyətinin yalnız bir qovluğu var”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA