Vüqar Rəhimzadə: "Soçi görüşü tarixi Zəfərimizin təsdiqi və qəbuludur"
03-11-2022 [09:45]
“Artıq iki ildir ki, Qarabağ münaqişəsi tarixə qovuşub. Keçirilən görüşlərdə, bəyanatlarda artıq postmünaqişə dövrünün reallıqlarından, Azərbaycan-Ermənistan münasibətlərində yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasından və ona dəstəkdən bəhs edilir. 10 noyabr 2020-ci il tarixili üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri Azərbaycan yüksək səviyyədə yerinə yetirərək qarşı tərəfdən də bu cür addımların atılmasını tələb edir. Çünki hazırkı dövrün əsas çağırışı sülh müqaviləsinin imzalanması, həmçinin yeni əməkdaşlıq formatlarının yaradılması, kommunikasiyaların açılması və sair məsələlərdir. Ermənistan sülh müqaviləsini imzalamaq məsələsində tərəddüdlər içərisində olsa da sonda iki yoldan birini seçməyə məcburdur. Ya sülh müqaviləsini imzalayıb regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması əsasında yeni əməkdaşlıq formatlarında iştirak etməklə özünün iqtisadi imkanlarını yaxşılaşdıracaq, ya da “Dəmir yumruq”, “Qisas” və “Qətiyyətli cavab” əməliyyatlarının davamlı olacağını düşünməli olacaq. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə xeyli sayda görüşlər keçirilib. 11 yanvar 2021-ci il tarixli Moskva, 26 noyabr 2021-ci il tarixli Soçi görüşlərinin, onun ardınca Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 4 dəfə Brüssel, oktyabrın 6-da isə Praqa görüşlərinin hər biri sülh müqaviləsinin imzalanmasına doğru atılan addımlardır. Hər bir görüş üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılan mühüm addımdır. Avropa İttifaqının vasitəçilik missiyası Azərbaycan tərəfindən yüksək dəyərləndirilir. Ermənistan bu formatı sözdə qəbul etsə də əməldə daha çox 30 ildə onlara dəstək göstərib, ədaləti maraqlarının arxasında gizlədən bəzi dövlətlərin vasitəçiliyinin bərpasında maraqlı olduğunu təsdiqləyir. Azərbaycan dövləti bununla bağlı mövqeyini daim bildirir ki, artıq həmin qurumun vasitəçiliyinə heç bir ehtiyac yoxdur. 30 illik işğal dövründə məsələnin nizamlanmasında heç bir irəliləyişə nail olmayan bir qurumun münaqişə həll olunduqdan sonra nəyə vasitəçilik edəcəyi sual doğurur.”
Mia.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, keçirilən görüşlərin yekunu olaraq imzalanan bəyanatların hər biri Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirilir: “Çünki həmin sənədlərdə ölkəmizin mövqeyi dəstəklənir, milli maraqlarımız öndə saxlanılır. Azərbaycanın beynəlxalq hüququn əsas 5 prinsiplərini özündə ehtiva edən sülh təklifi əksər dünya gücləri tərəfindən dəstəklənir. Ermənistanın baş naziri Nikol Paşinyan 6 aprel 2022-ci il tarixdə keçirilən Brüssel görüşündə 5 prinsipi qəbul etməklə tərəflərin biri-birinin ərazi bütövlüyünü dəstəklədiklərini təsdiqlədi. 31 avqustda keçirilən görüşdə isə sülh müqaviləsinin imzalanması ilə bağlı iki ölkənin xarici işlər nazirlərinin görüşlərinin keçirilməsinin zəruriliyi dəstəkləndi. Artıq 6 oktyabr Praqa görüşünə qədər xarici işlər nazirlərinin görüşü keçirilmişdir. Dövlət başçısı İlham Əliyev bu məsələyə münasibətində qeyd etmişdir ki, görüşlərin davamlı olması vacibdir. Praqa görüşündə diqqət çəkən məqam Fransa Prezidenti Emmanuel Makronun tərəf kimi iştirakı idi. Praqa bəyanatında əksini tapan müddəalarla bağlı razılığını ifadə edən Makron çox keçmədi ki, erməni diasporunun nümayəndələri ilə görüşündə sərsəm bəyanatları ilə əsl simasını bir daha nümayiş etdirdi. Fransa Prezidenti 30 illik işğal dövründə vasitəçiliyinin əsasında dayanan maraqlarını bir daha büruzə verdi. Belə olan halda erməni sevgisini açıq-aşkar nümayiş etdirən dövlətin Prezidentindən ədalətli yanaşma ortaya qoyacağını gözləmək nə dərəcədə real görünə bilər?”
YAP Xətai rayon təşkilatının sədri onu da bildirib ki, Rusiya Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı imzalayan tərəflərdən biridir. Bu baxımdan Rusiya sözügedən Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə Ermənistanı məcbur etmək imkanındadır. Bu baxımdan 11 yanvar 2021-ci il tarixli Moskva və 26 noyabr 2021-ci il tarixli Soçi görüşlərinin davamı olaraq 31 oktyabr 2022-ci il tarixli növbəti Soçi görüşü sülh müqaviləsinin imzalanması prosesində öz sözünü deyəcək. Soçi Bəyanatında bildirilir ki, Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğumuzu təsdiq edirik. Qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşdıq. Güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəlindi.
“Soçi Bəyanatında bu müddəa da yer alıb ki, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlıq vacibdir. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılıq əldə olundu. Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək” söyləyən Vüqar Rəhimzadə onu da əlavə edib ki, digər bəyanatlar kimi, Soçi Bəyanatında da Qarabağ ifadəsinə rast gəlinmir. Bu, bir daha onu təsdiqləyir ki, münaqişə artıq tarixə qovuşub və köhnə yanaşma ortaya qoyanların vasitəçiliyinə heç bir ehtiyac yoxdur: “Bəzi dünya gücləri öz maraqları naminə artıq tarixin arxivinə göndərilmiş qrupun vasitəçiliyini bərpa etməyə çalışsalar da bunun mümkünsüzlüyü göz qabağındadır. Ermənistan sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Artıq göründüyü kimi, dünya gücləri bu məsələnin həllində dəstəklərini ifadə edir, səylərini əsirgəməyəcəklərini bildirirlər. Noyabr ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin növbəti görüşü keçiriləcək. Ümumiyyətlə, Brüssel gündəliyi tərəflərin maraqlarına uyğundur. Digər tərəfdən, Rusiyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasında iştirak edən tərəf kimi üzərinə düşən məsuliyyəti nəzərə alsaq bu kontekstdə qısa müddətdə sülh müqaviləsinin imzalanmasına nail olmaq mümkündür. Hər halda Ermənistan Azərbaycanın 30 illik işğal dövrünün Azərbaycanı olmadığını unutmayıb. Yeni reallıqları diktə edən tərəf Azərbaycandır. 30 ildən sonra Ermənistana və əksər dünya güclərinə ədalət və beynəlxalq hüquq deyilən anlayışların mövcudluğunu sübut edən də Azərbaycandır. Bu günün əsas tələbi beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyünün dəstəklənməsi fonunda Azərbaycanla Ermənistanın münasibətlərində yeni səhifənin açılması, sülh müqaviləsinin imzalanmasıdır.”.
YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, Azərbaycanın hər bir görüşdə qazandığı diplomatik qələbə tarixi Zəfərimizin beynəlxalq aləmdə təsdiqi və qəbuludur.
Ayxan Abbasov "Qarabağ"ın milliyə çağırılan 5 oyunçusu barədə sualı belə cavablandırdı - VİDEO
Toral Bayramov millimizin oyununda forma imzaladı - Maraqlı kadrlar yalnız Mia.az-da (VİDEO)
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SOCAR işçilərinin maaşı artırıldı: 30 faiz - Əmr verildi
DÇ-2026: Azərbaycan - Fransa oyununda 4 qol var (YENİLƏNİB)
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb
Fransa qol vursa, biz də sevinəcəyik - Millinin baş məşqçisi sözünün arxasında duracaqmı? (VİDEO)
Prezident İlham Əliyev Özbəkistanda: "Şavkat Miromonoviç müdrik dövlət xadimi olmaqla yanaşı, həm də..." - Çıxış + FOTOLAR
Ağdərədə mina partlayışı olub - Yaralı var
Sabah hava necə olacaq? - Proqnoz
Oğuzda oğul anasını öldürüb
Gədəbəydə 59 yaşlı şəxs 37 yaşlı kişini öldürüb
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş