Zakir Həsənov: "Bizim Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığımız var"

img

25-10-2022 [15:03]


"Türkiyənin İstanbul şəhərində keçirilən "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisi yüksək səviyyədə təşkil edilib. Bizim Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığımız var".

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, son illərdə Türkiyənin silah istehsalında çox böyük irəliləyiş var:

"Prezidentin tapşırığına uyğun olaraq, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində böyük işlər görürük"/Report

Nazir əlavə edib ki, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində işlərin əksəriyyəti görülüb: "Sistem, idarəetmə dəyişib və tətbiq olunur. Bu, son döyüşlərdə də özünü göstərdi. Artıq komando hərbi hissələri də yaradılıb və fəaliyyət göstərir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA