Zülfiyyə Xanbabayeva: "Camaatı özümə güldürə bilmərəm"

img

19-10-2022 [09:27]


"Ad günü keçirməyi sevmirəm. Çünki narahat insanam. Gərək bütün qonaqlarla tək-tək maraqlanım. Ona görə də yaxınlarımla birlikdə qeyd edirəm". 

Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Söhbət var" proqramında deyib. Bir neçə gün əvvəl ad gününü qeyd edən müğənni özəl gününü təmtəraqlı qeyd etməməsinin səbəbini açıqlayıb: 

"Dost qədri bilənəm. Bundan sonra yaxın dostluq qura bilmərəm. Zaman tələb edir. yanımdakılar yanımdadır. Dənizin dünyaya gəlişindən sonra hər şey dəyişdi".

Geyim tərzindən danışan Xanbabayeva "Anadangəlmə zövq olmur, sonradan formalaşır. Alış-verişi sevirəm. Gedirəm mağazaya, onu-bunu tutuşdurmağı sevirəm. Bunu böyük məmnuniyyətlə edirəm, yorulmuram. Elə trendlər var ki, çox gülməlidir. Camaatı özümə güldürə bilmərəm. Özümə heç xəyalımda da başqa rəngi yaraşdırmıram. Mənim rəngim qara, qəhvəyi, bozdur" sözlərini söyləyib/Axşam.az


Digər xəbərlər
SON XƏBƏRLƏR