Məktəblərdə İntizam Şurası yaradılacaq, yeni cəza mexanizmi olacaq - Nazirlik açıqladı (SİYAHI)

img

18-10-2022 [16:23]


Məktəblərdə İntizam Şurası yaradılacaq.

Mia.az xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O bildirib ki, şuranın yaradılması və tərkibində valideynlərin təmsil olunması məcburi olacaq.

Nazirlik rəsmisinin sözlərinə görə, məktəblərdə şagirdlərin davranış pozuntularının ağırlıq dərəcəsi təsnifatlara bölünüb və Həmin təsnifatlar davranış pozuntularının ağırlıq dərəcəsini təyin edəcək:

"Şagird davranış qaydaları ümumtəhsil məktəbləri üçün çərçivə xarakteri daşıyır:

Bu qaydalar əsasında məktəblər özləri də daxili qaydaları tərtib edə bilərlər. Nizamnamədə onlara bu səlahiyyət verilib. Məqsəd şagirdlərin bütün davranış qaydalarını nazirlikdən idarə etmək deyil.

Həmin səviyyələr aşağıdakılardır:

1-ci səviyyə: Yüngül səviyyəli qayda pozuntuları

Üzrsüz səbəbdən dərsə gecikmək, ev tapşırığını yerinə yetirməmək, böyüklərə qarşı nəzakətsiz davranmaq və s.

2-ci səviyyə: Orta səviyyəli qayda pozuntuları

Məsələn, yalan danışmaq, həqiqəti gizlətmək və ya təhrif etmək, təhlükısizlik qaydalarını pozmaq (Məsələn, pəncərədən çölə əyilmək, sürahilərdə sürüşmək), başqalarına emosional-fiziki zərər vuran ehtiyatsız hərəkət və davranışa yol vermək və s.

3-5-ci səviyyə: Ciddi və ağır qayda pozuntuları

Başqasının əşyasına və ya məktəb əmlakına zərər vurmaq, əks cinsin nümayəndəsinə qarşı qeyri-etik şəkildə davranmaq, zorakılıq etmək, dalaşmaq və ya zorakı şəkildə qisas almaq və s.

Bundan başqa, məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlər müəyyənləşib.Həmin vaxt şagirdlərin davranış səviyyələri nəzərə alınacaq.

Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər aşağıdakılardır:

- müəllim baxışı, qeyri-verbal münasibət

- şagirdlərlə sakit söhbət

- xəbərdarlıq

- uzaqlaşdırma

- valideyn ilə əlaqə saxlamaq

- dərsdən sonra şagirdin məktəbdə saxlanması

- psixoloqa yönləndirmə

- sarı xəbərdarlıq məktubu

- narıncı xəbərdarlıq

- qırmızı xəbərdarlıq".

Bundan əlavə, valideynlər-qanuni nümayəndələr, məktəb heyəti və şagirdlər tərəfindən yolverilməz və hüquqi məsuliyyət yarada bilən davranış nümunələri hazırlanıb:

- Alçaldıcı, təhqiredici va hədələyici ünsiyyətə yol vermək

- Məktəb fəaliyyətinə və tədris prosesinə mane olan davranış nümayiş etdirmək

- Bədən xəsarəti yetirmək və ya xəsarət yetirməklə hədələmək

- Əmlaka ziyan vurmaq və ya ziyan vurmaqla hədələmək

- Radikal dini va siyasi baxışları təbliğ etmək

- ictimai şəkildə alçaldıcı və təhqiredici şərhlər etmək

- Məktəb ərazisində və ya onun yaxınlığında içki içmək, siqaret çəkmək, kobud va ya təhqiramiz ifadələrdən istifadə etmək və ya digər antisosial davranışlara yol vermək

- Akademik nəticələri saxtalaşdırmaq, həmçinin şagirdə xüsusi münasibət göstərilməsi üçün pul, hədiyyə və xidmət təklif etmək, yaxud bu təklifi qəbul etmək.


Digər xəbərlər
SON XƏBƏRLƏR