PREZİDENT BEŞ SƏFİRİ GERİ ÇAĞIRDI, PA-nın XİDMƏT RƏİSİ İLƏ XİN SÖZÇÜSÜNƏ YENİ VƏZİFƏ VERİLDİ - Təyinatlar (Yenilənib)

img

17-10-2022 [15:07]


Fikrət Fərman oğlu Axundov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Mia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Başqa bir sərəncamla Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

XİN-in mətbuat katibi Leyla Yaşar qızı Abdullayeva isə Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

İlqar Yusif oğlu Muxtarov isə Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Qeyd edək ki, İlqar Muxtarov Xalq artisti Amaliya Pənahovanın oğludur.

***

Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Mia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, E.Bağırov bu təyinata qədər Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsində çalışırdı.

***

Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.

Mia.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının sərəncamı ilə Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Qeyd edək ki, Tural Rzayev Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin (Yazıçı Anar) oğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR