Avropa Liqası: "Qarabağ" "Olimpiakos"a üç qol vurdu, möhtəşəm qələbə qazandı (VİDEO/Yenilənib)

img

07-10-2022 [00:50]


Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu başlayıb.

Mia.az xəbər verir ki, "Georgios Karaiskakis" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Oyunun 5-ci dəqiqəsində Abdullah Zubir "Qarabağ"ı hesabda önə keçirsə də, VAR sisteminin müdaxiləsindən sonra qol ləğv olunub.

İlk hissə başa çatıb 0:0

İkinci hissənin 70-ci dəqiqəsində "Qarabağ" hesabı açıb - 0:1

82-ci dəqiqədə komandamız daha bir qola imza atıb - 0:2

86-cı dəqiqədə isə Ramil Şeydayev çox gözəl qolla hesabı artırıb - 0:3

Oyun bu hesabla başa çatıb.

Xatırladaq ki, qrupdakı digər oyunda "Freiburq" "Nant"l məğlub edib və qalib gəlib - 2:0.

Beləliklə, , Almaniya klubu bu oyunla qrupda ilk, "Qarabağ" isə 2-ci pillədə qərarlaşıb.

"Olimpiako" xalsızdır, "Nant" isə 3 xalla 3-cü yerdədir.

***

Yunanıstanda "Olimpiakos"la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununu izləmək üçün stadiona gələn "Qarabağ" azarkeşləri hücuma məruz qalıb.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin verdiyi məlumata görə, 20-ə yaxın tərəfdar yerli fanatların təzyiqi ilə üzləşib.

Yalnız polislərin müdaxiləsindən sonra azarkeşlərin təhlükəsizliyi təmin olunub. İnsidentin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edilib.

"Qarabağ"ın məsələyə qarışmasından sonra isə tərəfdarlar daha təhlükəsiz sektora keçirilib.

***

UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda Yunanıstanda oynanılacaq "Olimpiakos" - "Qarabağ" komandalarının start heyətləri bəlli olub.

Mia.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaq:

"Olimpiakos": 88. Kostas Tsolakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis, 6. Yann MVila, 8. Pyer Kunde, 18. Hvan İy Co, 21. Pep Biel, 26. Qonsalo Avila, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse, 77. Qarri Rodriges

Baş məşqçi: Miçel Qonsales

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev (GK) 2. Qara Qarayev (k) 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR