UEFA Azərbaycanın 7 klubuna pul köçürüb

img

06-10-2022 [16:19]


UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba ümumilikdə 519578 avro ödəniş edib.

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məbləğlər 2020/2021 mövsümündə həmin komandaların oyunçularının Millətlər Liqası turnirindəki iştirakına görə verilib.

Avropa futbol qurumundan ayrılmış müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

"Qarabağ"a 157337 avro, "Sabah"a 106111 avro, "Sumqayıt"a 98793 avro, "Şamaxı"ya 73180 avro, "Neftçi"yə 58544 avro, "Zirə"yə 21954 avro, "Səbail"ə isə 3659 avro ödənilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR