Özbəkistanda tutulan Şərəf Aşurəliyev Azərbaycana ekstradisiya edilib

img

06-10-2022 [14:54]


Özbəkistanda tutulan Şərəf Aşurəliyev Azərbaycana ekstradisiya edilib.

Mia.az Baş Prokurorluğunun Mətbuat Xidmətinə istinadla bildirir ki, Azərbaycanın Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının tələblərinə əsasən, Özbəkistan ərazisində cinayət törətməkdə təqsirlənirilən həmin ölkənin vətəndaşı Aşurəliyev Şərəf Xumoyunoviçin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunması barədə Azərbaycanın Baş Prokurorluğuna sorğu edilib.

Belə ki, Şərəf Aşurəliyev qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində beynəlxalq axtarış elan olunub.

Baş Prokurorluq tərəfindən ekstradisiya icraatı aparılaraq Özbəkistan Baş Prokurorluğunun sorğusu təmin olunub. Şərəf Aşurəliyev hər iki ölkənin hüquq mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə sorğu edən ölkəyə təhvil verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR