Çempionlar Liqası: "Dinamo" uduzdu, "Leyptsiq" isə... - VİDEO

img

05-10-2022 [22:47]


UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha 2 oyunu keçirilib.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Avstriyada "Zaltsburq"un qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 71-ci dəqiqədə penaltidən Noa Okafror vurub.

Emrelinin adı matçın iştirak ərizəsinə salınsa da, 25 yaşlı hücumçu sonadək ehtiyatda qalıb.

F qrupunda isə Almaniya "Leyptsiq"i evdə Şotlandiya "Seltik"ni məğlub edib.

E qrupu

20:45. "Zaltsburq" (Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:0

Qol: Noa Okafor, 71 (penalti)

23:00. "Çelsi" (İngiltərə) - "Milan" (İtaliya)

Xal durumu: "Zaltsburq" - 5 (3 oyuna), "Milan" - 4, "Dinamo" - 3 (3 oyuna), "Çelsi" - 1

F qrupu

20:45. "Leyptsiq" (Almaniya) - "Seltik" (Şotlandiya) - 3:1

Qollar: Kristofer Nkunku, 27. Andre Silva, 64; 77 - Juan Filipe, 48

23:00. "Real Madrid" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

Xal durumu: "Real Madrid" - 6, "Şaxtyor" - 4, "Leyptsiq" - 3 (3 oyuna), "Seltik" - 1 (3 oyuna)

Qeyd edək ki, günün digər 8 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub