Veteranlar Ermənistanın hərbi cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib - MƏTN
05-10-2022 [14:46]
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Ermənistanın hərbi cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə müraciət ünvanlayıb.
Respublika Veteranlar Təşkilatından Mia.az-a bildirilib ki, müraciətdə deyilir:
“Artıq 30 ildən çoxdur ki, Ermənistan Azərbaycan xalqına qarşı etnik-milli zəmində sistemli cinayətlər törətməkdə, xalqımıza qarşı terror və soyqırımı siyasəti törətməkdə, dövlətimizin ərazi bütövlüyünə qəsd etməkdədir. XX əsrin 90-cı illərindən etibarən Azərbaycan xalqına qarşı silsilə cinayətlər törədən Ermənistan ordusu, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum edib, bütöv şəhərin sakinlərini qətlə yetirib, əsir götürülənləri ağır işgəncələrə məruz qoyub. Ümumiyyətlə, Birinci Qarabağ müharibəsi dövründə minlərlə Azərbaycan vətəndaşı qətlə yetirilib, bütöv şəhərlər, kəndlər yer üzündən silinib. Birinci Qarabağ müharibəsi və işğal dövründə minlərlə hərbi-mülki şəxsi qətlə yetirən Ermənistan, törətdiyi cinayətləri gizlətmək məqsədi ilə Qarabağ və ətraf rayonlarda qətlə yetirilən azərbaycanlıları kütləvi məzarlıqlarda basdırıb, qanlı əməllərini bu yolla ört-basdır etməyə, məsuliyyətdən yaxa qurtarmağa çalışıb. Bu günlərdə Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıq Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi minlərlə cinayətdən biri, bu cinayətlərin inkaredilməz sübutudur. Xatırladaq ki, Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşən 3890 vətəndaşımızdan bu gün də heç bir xəbər yoxdur və Ermənistan həmin şəxslərin aqibəti haqqında Azərbaycana heç bir məlumat təqdim etməyib.
Ermənistan 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlərini əhatə edən 44 günlük Vətən müharibəsi dönəmində də Azərbaycan xalqına qarşı silsilə cinayətlər həyata keçirib, Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərləri istifadəsi beynəlxalq konvensiyalarla qadağan edilən ballistik raketlərlə atəşə tutub, nəticədə içərisində uşaq və qocaların da olduğu onlarla Azərbaycan vətəndaşı qətlə yetirib.
Ermənistan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əsir hərbçilərinə qarşı da ağır cinayət törədib, onlara yaxın məsafədən atəş açmaqla vəhşicəsinə qətlə yetirib. Bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu müharibənin gedişində - 2020-ci ilin 30 oktyabr tarixində ictimaiyyətə məlumat verib, ictimaiyyəti erməni cinayətləri haqqında məlumatlandırıb.
Ermənistanın Azərbaycan xalqına qarşı cinayətləri 2020-ci ilin noyabrın 10-dan, Vətən müharibəsinin başa çatmasından sonra da davam edib. Otuz il ərzində Azərbaycanın işğaldakı torpaqlarında bir milyondan çox mina basdıran Ermənistan, post-müharibə dövründə də mina terrorunu davam etdirib, torpaqlarımızda minlərlə yeni-yeni minalar basdırıb. 2022-ci ilin avqustun 15-30-da, yəni cəmi 15 gün ərzində təkcə Laçın rayonunda 1318 ədəd PMN-Э növlü mina aşkar edilib. Həmin minalar 2021-ci ildə Ermənistanda istehsal edilib. Bu fakt bir daha Ermənistanın 10 Noyabr Bəyanatı əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, əksinə, terror və təxribat siyasətini davam etdirdiyini göstərir.
Ermənistanın cinayətləri fonunda təəssüf doğuran əsas məqamlardan biri də dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, qabaqcıl dövlətlərin bu cinayətləri görməzdən gəlməsi, minlərlə insanın qətli ilə nəticələnən məlum cinayətləri susqunluqla qarşılamasıdır. Özünü demokratiya və insan hüquqlarının carçısı hesab edən beynəlxalq təşkilat və dövlətlərin Ermənistanın qətliam siyasətinə göz yumması, rəsmi İrəvana heç bir etiraz və təzyiq göstərməməsi həm beynəlxalq qanun və insan huqüqlarına, həm humanizm prinsiplərinə, həm də əxlaqi-mənəvi dəyərlərə tamamilə ziddir.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq dünya ictimaiyyətini, beynəlxalq birlik və təşkilatları Ermənistana qarşı sanksiyalar tətbiq etməyə, bu cinayətləri geniş müstəvidə araşdırmağa və həmin cinayətlərin həm sifarişçilərinin, həm də icraçılarının cəzalandırılmasını təmin etməyi xahiş edirik. Bu, ədalətin təmin edilməsi, Ermənistanın növbəti cinayətlərinin qarşısının alınması və regionda sabitliyin təmin olunması baxımından olduqca zəruridir.
Ümid edirik ki, beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti minlərlə veteranın mövqeyini əks etdirən bu müraciətə həssaslıqla yanaşacaq, nəhayət ki, Ermənistanın cəzalandırılması istiqamətində əməli addımlar atacaqdır”.
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi