23-04-2014 [12:46]
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədindən külli
miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan
Respublikasının ərazisinə qanunsuz yolla keçirilməsinin qarşısı alınaraq, ümumilikdə 58 kiloqrama yaxın narkotik vasitə
qanunsuz dövriyyədən çıxarılıb.
DSX-dan Mia.az verilən məlumata görə, əməliyyat narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı aparılan mübarizə tədbirləri nəticəsində həyata keçirilib.
Belə ki, 12 aprel 2014-cü il tarixdə gecə saat 00:10 radələrində
Horadiz Sərhəd Dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndində yerləşən sərhəd
zastavasının xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində
dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikası
istiqamətində külli miqdarda narkotik vasitələri keçirməyə cəhd edən naməlum şəxs
ərazidə xidmət aparan DSX-nın hərbi qulluqçuları tərəfindən aşkar edilib.
Onun Azərbaycan Respublikası ərazisinə daxil olmasının qarşısı alınıb. Nəticədə
sərhəd pozucusu müqavimətlə rastlaşıb geri qaçmağa məcbur olub. Sərhəd
pozucusunun hərəkət marşrutu üzrə ərazidə axtarış tədbirləri keçirilib və nəticədə 3 kiloqrama yaxın külli miqdarda
narkotik vasitə tiryək aşkar edilərək götürülüb.
Bundan başqa, 15 aprel 2014-cü il tarixdə saat 22:15–də Göytəpə Sərhəd Dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olan 3 nəfərdən ibarət dəstə dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana külli miqdarda narkotik vasitələri keçirməyə cəhd edərkən ərazidə xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilib. Sərhəd pozucuları DSX əməkdaşlarının müqaviməti ilə rastlaşıb geri qaçmağa məcbur olub.
Keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə külli miqdarda 9,1 kq heroin, 14 kq tiryək, 22,9 kq həşiş qətranı, 8,7 kq qurudulmuş marixuana, 120 qram kristall formasında heroin və 300 ml qabda metodon məhlulu aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 318, 206, 234–cü maddələri ilə cinayət işləri başlanılıb.
Hazırda həmin cinayət işləri üzrə cinayətin iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədi ilə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı