"Xerson vilayətinin sağ sahil hissəsinin tam azad olunması yaxın həftələrin işidir" - Politoloqdan şərh
05-10-2022 [09:23]
Rusiya ordusu Xerson vilayətinin şimal-qərbindən geri çəkilir.
Mia.az xəbər verir ki, bu barədə şərh verən politoloq Şahin Cəfərlinin sözlərinə görə, Ukrayna ordusu Xarkov əməliyyatına bənzər əməliyyat planını Xersonda uğurla təkrarlayaraq, burada da sürətli həmlə ilə düşmənin gözləmədiyi istiqamətdən cəbhəni yarıb, 3 gün ərzində böyük bir ərazini işğalçılardan azad etməyə nail olub: "Rusiya Baş Qərargahı, əlbəttə ki, cənub cəbhəsində hər an böyük hücum gözləyirdi, amma onlar əsas zərbənin Xerson şəhərinin qərbindən bilavasitə bu vilayət mərkəzinə endiriləcəyini güman edərək əsas qüvvələrini oraya toplamış, həmin istiqamətdə istehkamlar yaradaraq müdafiəni möhkəmləndirmişdi. Çünki Ukrayna ordusunun ən yaxın mövqeləri məhz şəhərin qərb hissəsində (təxminən 20 km aralıda) yerləşir. Lakin Ukrayna komandanlığı əsas zərbəni şəhərə uzaq və daha az möhkəmləndirilmiş şimal istiqamətindən endirərək hərbi planlaşdırma və taktiki zəka sahəsində qarşı tərəfdən üstünlüyünü bir daha göstərmiş oldu".
Şahin Cəfərli deyir ki, Rusiya Hava Kosmik Qüvvələri öz quru qoşunlarına aviasiya dəstəyi verə bilmir: "Halbuki yaxınlıqdakı Krım aviabazalarla doludur. Ancaq ərazidəki hərbçilərin sosial media vasitəsilə komandanlıqdan aviasiya dəstəyi tələb etməsi faktı var. Bu isə onun göstəricisidir ki, ön xəttin komandanlıqla (başqa sözlə, komandanlığın ön xətdəki birləşmələrlə) rabitə əlaqəsi pozulub. Rus hərbi blogerlərinin iddiasına görə, Ukrayna ordusu güclü radioelektron vasitələrdən istifadə edir.
İndi Rusiya komandanlığı "taktiki geriçəkilmə" edən qüvvələri ilə Berislav-Xerson (şəhər) xətti üzrə müdafiəni gücləndirməyə çalışır. Amma orada uzun müddət effektiv müqavimət təşkil etmələri mümkün deyil. Xerson vilayətinin bütün sağ sahil hissəsinin azad olunması yaxın həftələrin işidir.
Bununla yanaşı, hələ sağ sahil tam azad olunmadan Ukrayna qüvvələrinin Dneprin nisbətən ensiz yerindən sol sahilə keçməsi ehtimalı da var. Əgər bu riskli əməliyyatı gerçəkləşdirmək mümkün olarsa, bütövlükdə müharibənin aqibətini həll edəcək çox önəmli perspektivlər açılacaq. Çünki sol sahildə ümumiyyətlə, hər hansı müdafiə xətti, istehkam filan yoxdur".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb