Türkiyə XİN: “Biz Ukraynadakı "referendum"un nəticələrini tanımayacağıq”

img

29-09-2022 [14:19]


“Biz Ukraynadakı "referendum"un nəticələrini tanımayacağıq”.

Mia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, rəsmi Ankaranın balanslı siyasət yürütdüyünü söyləyib: “Rusiya ilə münasibətlərimiz yaxşıdır. Amma mövqeyimizi açıq bildiririk”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də Donetsk, Luqansk, Zaporojye və Xersonda “referendum” keçiriləcəyini bildirmişdi. Sentyabrın 23-dən 27-dək həmin ərazilərdə “səsvermə” təşkil olunub. Britaniya kəşfiyyatının məlumatına görə, sabah Putin səsvermənin nəticələri barədə parlamentdə çıxış edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR