Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib - 4 məsələ müzakirə edilib
28-09-2022 [17:41]
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin payız sessiyasında növbəti iclası keçirilib.
Mia.az xəbər veirr ki, iclası açan komitənin sədri Musa Quliyev gündəlik barədə məlumat verib. 4 məsələdən ibarət gündəlik təsdiq edildikdən sonra birinci məsələnin müzakirəsi başlanıb.
Musa Quliyev müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı qısa məlumat verib. Qanun layihəsini pensiya islahatlarının davamı kimi xarakterizə edən komitə sədri qeyd edib ki, təklif olunan dəyişikliklər əsasən pensiya artımlarının vahid indeksasiyası metodunun tətbiqinin genişləndirilməsi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən əmək pensiyaçılarına edilən maddi yardımın pensiyaya əlavə edilməsi istiqamətləri üzrə hüquqi bazanın yaradılmasını özündə ehtiva edir.
Layihənin pensiya təminatı sistemində sosial sığorta prinsipinin daha da möhkəmləndirilməsinə, pensiyaların inflyasiyanın mənfi təsirlərindən qorunmasına xidmət etdiyi vurğulanıb. Təklif olunan vahid indeksasiya metoduna keçidlə bağlı dəyişikliklərə əsasən, bütün növ əmək pensiyalarının məbləğləri hər il vahid qaydada indeksləşdirilərək artırılacaq, eyni zamanda pensiya sahəsində tam elektronlaşdırma mümkün olacaq.
Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov qanun layihəsi haqqında arayış verərək təklif olunan dəyişikliklərin uzunmüddətli dövr üzrə pensiya sisteminin maliyyə dayanıqlığının artırılmasına xidmət etməsindən danışıb, xüsusi şərtlərlə pensiya alan pensiyaçıların pensiyalarının indeksləşdirilməsi mexanizmlərinin tətbiqinin üstünlüklərindən bəhs edib, həmçinin elektronlaşmanın genişləndirilməsi üçün yaratdığı imkanları diqqətə çatdırıb.
İclasda gündəliyin ikinci və üçüncü məsələləri ilə bağlı Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib. O, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuş) beynəlxalq konvensiyalara, Sosial Hüquqlar üzrə Avropa Komitəsinin, eləcə də BƏT-in tövsiyələrinə uyğun olmasını qeyd edərək dəyişikliklərə əsasən, mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yerinin azaldılaraq 204-ə qədər endirildiyini bildirib. Eyni zamanda, qadağan edilən bu peşə (vəzifə) və iş yerlərinin bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara aid olacağını vurğulayıb. Diqqətə çatdırılıb ki, nəticədə, kişi və qadınlara bərabər rəftar və bərabər məşğulluq imkanlarının yaradılmasında əsaslı dönüş yaranacaq, ölkə üzrə qadınların orta əmək haqlarının kişilərin orta əmək haqqına daha da yaxınlaşması təmin ediləcək.
Adil Vəliyev gündəliyin üçüncü məsələsi olan Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, sənəd Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli qanuna uyğun olaraq hazırlanıb.
Qeyd olunub ki, layihədə əsasən iki kateqoriya üzrə - Vergi Məcəlləsinin 220.10-cu və 218.4.1-ci maddələrində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslərin icbari tibbi sığorta ilə əhatə olunması nəzərdə tutulub.
Gündəliyin sonuncu məsələsi olan “Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə”, “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlillərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində”, “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Musa Quliyev məlumat verib. Bildirib ki, dəyişikliklər əsasən termin dəqiqləşdirilməsi ilə bağlıdır və texniki xarakter daşıyır, eyni zamanda əlilliyi olan şəxslərə qarşı diskriminasiya hallarının aradan qaldırılması məqsədilə bəzi ifadələrin daha yumşaq ifadələrlə əvəz olunması təklif edilir.
Qanun layihələrinin müzakirəsində Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, komitənin sədr müavini Məlahət İbrahimqızı, deputatlar Qüdrət Həsənquliyev, Vüqar Bayramov, Soltan Məmmədov, Arzu Nağıyev, Jalə Əliyeva, Əziz Ələkbərov, Sevinc Hüseynova, Aqil Məmmədov çıxış ediblər. Millət vəkilləri pensiya sistemində vahid indeksasiya metodunun təkmilləşdirilməsi, onun tətbiqi meyarları, indeksasiyanın inflyasiya templəri ilə uzlaşdırılması, əmək münasibətlərində qadın hüquqlarının qorunması kimi məsələlərlə bağlı fikirlərini bildiriblər, sənədlərlə bağlı suallarını və qeydlərini səsləndiriblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov qaldırılan məsələlərə aydınlıq gətiriblər və millət vəkillərinin suallarını cavablandırıblar.
Müzakirələrin sonunda deputatlar gündəlikdəki qanun layihələrini baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
İclasda deputatlar Ziyad Səmədzadə, İ
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO