Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki son vəziyyətlə bağlı müzakirə aparıblar

img

28-09-2022 [14:12]


Sentyabrın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu telefon danışığı zamanı bölgədəki son vəziyyəti müzakirə ediblər.

Mia.az XİN-ə istinadla xəbər verir ki, nazirlər bölgədə mövcud olan son vəziyyət üzrə fikir mübadiləsi aparıblar. Postmünaqişə mərhələsində bölgədə Azərbaycan tərəfindən görülən işlər, o cümlədən geniş bərpa və quruculuq işlərinin bölgənin sülh şəraitində inkişafına xidmət etdiyi vurğulanıb.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual mövzularını, həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq məqsədilə İstanbulda keçirilməsi nəzərdə tutulan nazirlər görüşü ilə bağlı məsələləri müzakirə ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR