Azərbaycan jurnalistlərinin VIII qurultayı: nümayəndələrin adları açıqlanıb - SİYAHI
23-09-2022 [16:19]
Azərbaycan jurnalistlərinin VIII qurultayının nümayəndələrinin adları açıqlanıb.
Bu barədə Mia.az-a Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi Azərbaycan Mətbuat Şurasının ali məclisin iştirakçıları olan üzv təşkilatlarının siyahısını açıqlamaq barədə qərar qəbul edib.
Siyahı Şuranın “presscouncil.az” saytının “Azərbaycan jurnalistlərinin VIII qurultayı” bölümündə yerləşdirilib. (https://presscouncil.az/az/qurultay)
Təşkilat Komitəsi həmçinin Mətbuat Şurasının İdarə Heyətinə qurultay nümayəndəsi olmayan namizədlərin də ali məclisdə iştirakına şərait yaradılmasını qərara alıb.
Məlumatda həmçinin bildirilib ki, bu gün Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin təşəbbüsü ilə Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçılarının bir qrupu Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarlarını ziyarət ediblər.
Tanınmış oftalmoloq alim Zərifə Əliyevanın da məzarı ziyarət edilib.
Həsən bəy Zərdabinin məzarı önündəki çıxışlarda Azərbaycan jurnalistikanın dünəninə və bu gününə nəzər salınan fikirlər bildirilib. Qeyd edilib ki, inkişaf dövrünü yaşayan mediamız tarixi ənənələrinə hər zaman sadiq qalaraq fəaliyyət göstərib. Azərbaycan jurnalistlərinin qurultayları da müstəqillik dövrünün media tarixinin ənənələrindəndir. Sabah – sentyabrın 24-də bütövlükdə ölkə ictimaiyyəti bu tarixi, cəmiyyət üçün böyük maraq kəsb edən hadisəyə şahidlik edəcək. Qurultayın layiqli şəkildə reallaşdırılması ölkə jurnalistlərinin üzərinə düşən müstəsna missiyadır.
Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci il tarixdə Muğam Mərkəzində keçiriləcək. Qeydiyyat saat 09.00-dan 10.00-dək aparılacaqdır. Saat 10.00-da qurultay işinə başlayacaq.
"Bakcell"dən 25 apreldə 100 000 GB kütləvi hədiyyə
Bakıda taxta bazarı yanıb - FOTOLAR (Yenilənib)
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib (Yenilənib)
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb