Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb: ölən və yaralanan var

img

22-09-2022 [16:49]


Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb, ölən və yaralanan var.

Mia.az xəbər verir ki, baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.

TƏBİB-dən bildirilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib: "Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR