Koronavirusa yoluxma və ölüm halları azalıb

img

22-09-2022 [13:39]


Son bir həftə ərzində dünyada COVID-19-a yoluxma və ölüm halları azalıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir.

Bildirilib ki, sentyabrın 12-dən 18-dək dünyanın bütün regionlarında koronavirusa yoluxma halları azalıb.

ÜST-ün məlumatına əsasən, yoluxmaların sayında ən əhəmiyyətli azalma Afrikada (35 %), Şərqi Aralıq dənizi regionunda (14 %) və Amerikada (12%) müşahidə olunub.

ÜST bildirib ki, bir həftə ərzində dünyada 3,2 milyondan çox yoluxma halı qeydə alınıb.

Koronavirusdan ölüm halları bütün regionlarda azalıb: ölüm hallarında ən çox azalma Şərqi Aralıq dənizi regionunda (46 %), Afrikada (27 %) və Qərbi Sakit okeanda (27 %) qeydə alınıb.

Ümumilikdə, bir həftə ərzində, təxminən, 9,8 min insan koronavirusdan ölüb.

İndiyədək COVID-19-a 613 milyondan çox yoluxma halı qeyd alınıb, koronavirus nəticəsində 6,5 milyondan çox insan ölüb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR