"Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem yaranıb - "Bakcell" açıqlama yaydı (Yenilənib)

img

21-09-2022 [22:00]


Bu gün axşam saatlarında yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Mia.az xəbər verir ki, bu barədə "Bakcell" şirkəti məlumat yayıb: "Artıq abunəçilərimiz rahatlıqla Bakcell xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək. Bu müddət ərzində göstərdikləri anlayışa görə dəyərli abunəçilərimizə təşəkkür edirik!".

***

Azərbaycanda "Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem yaranıb.

Məlumata görə, problemin aradan qaldırılması üçün işlər aparılır.

"Bakcell" şirkətindən "Report"a verilən məlumata görə, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb: "Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əvlavə məlumat veriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR