NATO: “Nüvə müharibəsi qələbə ilə bitə bilməz” -  “Putin çox təhlükəli açıqlamalar verir

img

21-09-2022 [17:23]


“Nüvə müharibəsi qələbə ilə bitə bilməz”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putinin açıqlamaları müharibənin Moskva üçün uğurlu davam etmədiyini göstərir: “O, çox təhlükəli açıqlamalar verir”/Report.

Mia.az-ın məlumatına görə, Baş katib deyib ki, NATO ölkələri Rusiyaya təzyiqi artırmaq və yeni sanksiyalar tətbiq etmək niyyətindədir: 

“Biz Rusiya nüvə qüvvələrinin hazırlıq vəziyyətində hələ ki heç bir dəyişiklik müşahidə etməmişik. Amma durumu diqqətlə izləyirik. NATO ölkələri özlərinə və Kiyevə silah tədarükünü artırmaq üçün hərbi-sənaye müəssisələrlə fəal danışıqlar aparır. Ukrayna üçün danışıqların nəticəsi onun döyüş meydanındakı uğurundan asılı olacaq. NATO Rusiya ilə qarşıdurmaya can atmır. Biz ehtiyatsız nüvə ritorikasına əl atmayacağıq”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.

V.Putin həmçinin vurğulayıb ki, Rusiyanı nüvə silahı ilə təhdid edənlər "külək gülü"ndən çəkinməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR