Prezidentin köməkçisi Arye Qutdan yazdı: "Təsəllimiz odur ki, Şuşanı və azad Qarabağı görmək sənə qismət oldu”

img

20-09-2022 [22:24]


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tanınmış ekspert Arye Qutun vəfatı ilə əlaqədar başsağlığı verib.

Mia.az xəbər verir ki, Prezidentin köməkçisi bu barədə "tviter" hesabında paylaşım edib:

Əziz dost Arye Rəşid Qut, Allah sənə rəhmət eləsin! Ailə üzvlərinə Allah səbr versin! Azərbaycanın haqq mübarizəsində usanmadan çalışdın. Təsəllimiz odur ki, Şuşanı və azad Qarabağı görmək bu yay sənə qismət oldu”.


Digər xəbərlər
SON XƏBƏRLƏR