Nəsiminin icra başçısı yaralı hərbçilərlə görüşüb - FOTOLAR

img

19-09-2022 [15:07]


Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Nəsimi rayonundan ordumuzun bir neçə hərbi qulluqçusu yaralanıb.

Ma.az xəbər verir ki, Nəsimi RİH-nin başçısı Asif Əsgərov Müdafiə Nazirliyinin Bakı şəhərindəki Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan hərbi qulluqçulara baş çəkib, onların səhhəti ilə maraqlanıb.

Səmimi görüş zamanı yaralı hərbi qulluqçular onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR