Rusiyamın Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub

img

19-09-2022 [10:24]


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 54650 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 2212 tankı, 4720 zirehli döyüş maşını, 1313 artilleriya sistemi, 312 reaktiv yaylım atəş sistemi, 167 hava hücumundan müdafiə sistemi, 251 təyyarə, 217 helikopteri, 3581 nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 920 dronu, 238 qanadlı raket və 125 xüsusi texnikası məhv edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR