Qırğızıstan prezidenti sərhəddəki döyüşlə bağlı xalqa müraciət edib: "Tacikistan tərəfi də böyük itki verib"

img

17-09-2022 [12:49]


Qırğızıstan Prezidenti Sadır Japarov sosial şəbəkələrdə Qırğızıstan-Tacikistan sərhədində baş verən qarşıdurma ilə bağlı paylaşım edib.

“Sputnik-Qırğızıstan”ın verdiyi xəbərə görə, o bildirib ki, Qırğızıstan tərəfi Tacikistanla sərhəd məsələsini mümkün qədər tez həll etməyə çalışır.

“Özbəkistanla sərhəd məsələləri praktiki olaraq həll olunub, Tacikistanla isə hələ də gündəmdədir. Tarix göstərib ki, sərhəd məsələsi səbir və diqqətli yanaşma tələb edir. Bu, çətin prosesdir”, - qeyd edib.

Prezident Qırğızıstanın bu məsələnin tezliklə həllini tapmasına çalışdığını vurğulayıb.

S.Japarovun sözlərinə görə, sərhəddə baş verən toqquşmalarda Tacikistan tərəfi də böyük itki verib/Report.

Xatırladaq ki, sərhəddə baş verən toqquşmalarda 24 qırğız həlak olub, 100-dən çox yaralı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR