Qırğızıstanla Tacikistan arasında döyüş gedir: ölənlərin sayı artır - Qırğızlar bəzi əraziləri geri qaytarıb, ölkədə matəm elan olunub (Yenilənib)

img

18-09-2022 [18:01]


Qırğızıstan-Tacikistan sərhədində baş verən döyüşlərdə 46 qırğız həlak olub.

Mia.az xəbər verir ki, bu məlumatı Qırğızıstanın Səhiyyə Nazirliyi açıqlayəb.

Bildirilib ki, bununla yanaşı, 140 nəfər yaralanıb.

Onu da qeyd edək ki, Qırğızıstan Prezidenti Sadır Japarov sentyabrın 19-nu Tacikistanla sərhəddə baş verən toqquşmalarda həlak olanlar üçün ümummilli matəm günü elan edib.

Xaztırladaq ki, sentyabrın 14-də Qırğızıstan-Tacikistan sərhədində döyüşlər başlayıb. 

***

Qırğızıstanla Tacikistan arasında döyüşlər yenidən  başlayıb.

Mia.az xəbər verir ki, sentyabrn 17-nə olan məlumata görə, toqquşamalarda indiyədək 103 Qırğızıstan vətəndaşı yaralanıb, 24-ü is həlak olub.

Məlumata görə, hazırda tərəflər arasında atşma şiddətlənb.

Ağır silahlardan istifadə edən Taciksitan ordusu qonşu ölkənin  kəndlərini minaatanlardan atəşə tutur.

Qırğızıstan Dövlət Sərhəd Xidməti Batken bölgəsində Tacikistanın hücumunu dəf etdiklərini bəyan edib: "Dünənki atəşkəs razılaşmasına baxmayaraq, qonşu ölkə atəşi dayandırmayıb".

***

Qırğızıstanın Batken vilayətində Tacikistan hərbçiləri tərəfindən əvvəllər ələ keçirilən bir sıra yaşayış məntəqələri azad edilib.

Bu barədə respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Batken vilayətində əvvəllər ələ keçirilmiş bir sıra yaşayış məntəqələri azad edilib. Hazırda Fövqəladə Hallar Nazirliyinin nəzarəti altında olan yerli özünüidarəetmə orqanları vasitəsilə humanitar yardımın çatdırılması üçün yerlərdə müvafiq tədbirlər təşkil olunur”, - mətbuat xidməti bildirib.

Nazirliyin məlumatına görə, Qırğızıstan və Tacikistan arasında yaradılmış komissiya dövlət sərhədinin perimetri boyunca vəziyyətin sabitləşdirilməsi məqsədilə daimi əsasda ikitərəfli danışıqlar aparır.

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsindən əlavə olunub ki, yerli hakimiyyət orqanlarının rəhbərləri regionda ictimai-siyasi vəziyyəti nəzarətdə saxlayır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR