Putindən Ərdoğanın israrlı təklifinə reaksiya: "Zelenski Rusiya ilə danışmaq istəmədiyini söylədi"

img

17-09-2022 [09:15]


Rusiya Prezidenti Vladimir Putin Özbəkistanda keçirdiyi mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski ilə mümkün görüşdən danışıb.

“O (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan -red.) Prezident Zelenski ilə görüşün hansısa müsbət nəticəyə gətirib çıxara biləcəyinə inanaraq görüş təklif edir”, - Putin bildirib.

Rusiya Prezidentinin sözlərinə görə, görüş üçün zəruri olan ilk şərt rəsmi Kiyevin razılığıdır.

"Ancaq onlar imtina edirlər! Zelenski elan etdi! O, açıq şəkildə - bilmirəm harada, amma açıq şəkildə - hazır olmadığını və Rusiya ilə danışmaq istəmədiyini söylədi", - Putin əlavə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR