Şuşada Türk Biznes Forumu keçirilib
16-09-2022 [20:27]
Sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu keçirilib. Forum İqtisadiyyat Nazirliyinin, Türk Dövlətləri Təşkilatının, Türk Ticarət və Sənaye Palatasının dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Türk Dövlətləri Təşkilatının daimi üzvlərinin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak ediblər.
Forumun məqsədi Türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunmasıdır.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Forumda kənd təsərrüfatı naziri İnam Kərimov, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Türk Ticarət və Sənaye Palatasının və Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti M.Rifat Hisarcıklıoğlu, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qırğızıstanın Ticarət və Sənaye Palatası Şurasının sədri Kubaniçbek Kasımalıyev, Özbəkistan Ticarət və Sənaye Palatası sədrinin müavini Farhodjon Toşpulatov Türk dövlətləri arasında iqtisadi-ticarət və investisiya əməkdaşlığına, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafında Türkdilli ölkələrin biznes qurumlarının iştirakına, bu sahədə əməkdaşlıq imkanlarına və dövlət-özəl sektor tərəfdaşlığına dair fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində keçirilmiş “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda investisiya imkanları” mövzusunda xüsusi ssesiyada Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev çıxış ediblər.
Tədbirdə “yaşıl” infrastruktur, kənd təsərrüfatı, qida, bərpa olunan enerji, tekstil, turizm, mədən sənayesi, İKT sektorları üzrə ikitərəfli görüşlər keçirilib.
Forum çərçivəsində Qırğızıstan Respublikasının Ticarət və Sənaye Palatası Şurası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Azərbaycan-Qırğızıstan Biznes Şurasının yaradılması haqqında Saziş imzalanıb, Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında birgə tədbirlərin həyata keçirilməsinə dair Yol Xəritəsi təsdiq olunub. Həmçinin, “Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası” İctimai Birliyi və Türkiyənin “Kut Ticarət və Marketinq Məhdud Şirkəti”, “Bakı Tekstil Fabriki” MMC və Türkiyənin “İnmak Şirkətlər Qrupu” arasında anlaşma memorandumları imzalanıb.
Forum iştiraçıları həmçinin, Şuşa Qalasında, Cıdır Düzündə, Vaqifin muzey-məqbərə kompleksində olub, Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal zamanı güllələnmiş büstləri ilə tanış olublar.
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları