Prokurorluqdan şəhid qardaşının videosu barədə daha bir açıqlama: "Təqsirkarlar məsuliyyətə cəlb ediləcək" - Müdafiə Nazirliyi "biz çəkməmişik" deyir (Yenilənib)

img

16-09-2022 [18:58]


Ötən gün qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq sorqanları tərəfindən araşdırma aparılır.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır:

"Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin".

***

Müdafiə Nazirliyi sosial şəbəkələrdə paylaşılan videogörüntülərlə bağlı açıqlama verib.

Nazirlikdən Mia.az-a daxil olan açıqlamada deyilir:

"Sosial şəbəkələrdə məlum foto və videogörüntülərin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi olmadığını qətiyyətlə bildiririk. Müdafiə Nazirliyi yalnız qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrası, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılması üzrə müvafiq vəzifələri yerinə yetirən dövlət qurumudur.

Bildiririk ki, Müdafiə Nazirliyi şəhidlərimizə və onların ailə üzvlərinə daim xüsusi həssaslıqla yanaşır. Hesab edirik ki, şəhidlərimizlə bağlı sosial şəbəkələrdə xoşagəlməz müzakirələrin aparılması müzəffər Ordumuzun nüfuzuna xələl gətirir və yolverilməzdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!".

***

Baş Prokurorluğun Mətbuat Xidməti məsələ ilə bağölı daha bir açıqlama yayıb.

Mia.az xəbər verir ki, məlumatda deyilir:

"Sənan Əhmədovun şəhid qardaşı Səbuhi Əhmədovun hərbi xidmət yerinə dəyişmək üçün bankdan kredit götürərək rüşvət verməsi barədə fikirlərinin əks olunduğu sosial şəbəkələrdə yayılmış video, həmçinin sonradan həmin cinayət xarakterli məlumatların təkzib edilməsi ilə bağlı səsləndirdiyi fikirlərin qeydə alındığı digər video üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün prokurorluq orqanları tərəfindən əhəmiyyət kəsb edən bütün hallarla tam və hərtərəfli araşdırma aparılır.

Hər iki xüsusat üzrə təqsiri müəyyən ediləcək şəxslərin məsuliyyətə cəlb edilməsi təmin ediləcəkdir.

Media nümayəndələri, habelə sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır ki, aparılan araşdırma ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş məlumatların yayılması yolverilməzdir və qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun müraciəti yayılıb.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR