Borrel: “Ukrayna ilə Rusiya arasındakı müharibə yeni mərhələyə qədəm qoyub” - "Kreml üstünlüyü itirir"

img

15-09-2022 [17:45]


“Ukrayna ilə Rusiya arasındakı müharibə yeni mərhələyə qədəm qoyub”.

Bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

“Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatları nəticəsində strateji balans dəyişib. Avropa Ukraynanı dəstəkləyir, Rusiyaya qarşı sanksiyaları davam etdirir. Beləliklə, Kreml üstünlüyü itirir”, - o, vurğulayıb.

Diplomatın sözlərinə görə, Ukrayna heyranedici nailiyyət əldə edir: “Bir çox şəhər və kənd azad edilib. Rusiya qoşunları geri çəkilməyə məcbur edilib. Ukraynanın əks-hücum əməliyyatlarının nə qədər davam edəcəyini demək olmaz. Amma strateji tarazlığın dəyişdiyi aydındır”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR