Putin Çin lideri ilə görüşdə: “Birqütblü dünya yaratmaq cəhdləri çirkin xarakter alıb"

img

15-09-2022 [17:51]


Rusiya Prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında görüş olub.

Rusiya mətbuatı xəbər verir ki, tərəflər Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində bir araya gəliblər.

Tərəflər Ukraynadakı savaş barədə danışıblar. 

Bundan başqa, Putin ABŞ-ın Tayvandakı təxribatlarını pislədiyini söyləyib: “Birqütblü dünya yaratmaq cəhdləri son vaxtlar tamamilə çirkin xarakter alıb. Bu, əksər dövlətlər üçün tamamilə qəbuledilməzdir”.

Bundan başqa, liderlər ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparıblar./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR