Böyük Quruluş Partiyası Zatulinin təxribatçı hərəkətləri ilə bağlı bəyanat yayıb - MƏTN

img

15-09-2022 [10:34]


Böyük Quruluş Partiyası "Rusiya Dövlət Dumasının deputatı, ermənipərst Konstantin Zatulinin təxribatçı hərəkətləri ilə bağlı Bəyanat qəbul edib.

Mia.az-a daxil olan bəyanatda deyilir:

"Rusiya Dövlət Dumasının deputatı, ermənipərst Konstantin Zatulin yenə də təxribatçı əməllərindən əl çəkmir. Bu yaxınlarda (01 sentybr 2022-ci il) həmin  şəxs “Rusiya Dövlət Dumasının deputatının rəsmi blankında “Arsax Respublikasının (Dağlıq Qarabağ)hakimiyyətinə və xalqına”adlı  müraciət ünvanlayıb və müraciətdə “Respublika Günü” ilə bağlı onları təbrik edərək, indiyədək Qarabağda doğulanlarla birlikdə bir çox döyüşlərdə, indi də Ukraynadakı Xüsusi Hərbi Əməliyyatlarda birgə iştiraklarını xatırladır  və onların öz müəddaratlarını təyin etməyə tam haqlı olduqlarını vuğulayır.

Məsələ qəbuledilməzliyi burasındadır ki,  Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı fikirlər  səsləndirən sıradan vətəndaş yox, Rusiya Dövlət Dumasının deputatıdır. Siyasi fiqur (oyuncaq) olan bu adam yəqin ki, Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən xəbərdar olmamış deyil. Hansı ki, həmin sənəddə açıq  və birmənalı şəkildə qeyd edilir ki,  tərəflər öz ərazilərində təşkilatların və “ŞƏXSLƏRIN DIGƏR TƏRƏFİN DÖVLƏT SUVERENLİYINƏ, MÜSTƏQİLLİYINƏ VƏ ƏRAZI BÜTÖVLÜYÜNƏ QARŞI YÖNƏLMİŞ FƏALİYYƏTİNİN QARŞISINI QƏTİYYƏTLIİ SURƏTDƏ ALIRLAR”. “ÖLKƏLƏR beynəlxalq terrorçuluq, ekstremizm və SEPARATÇILIQ TƏHDIDLƏRINƏ, transmilli mütəşəkkil cinayətkarlığa... QARŞI MÜBARIZƏDƏ VƏ ONLARIN NEYTRALLAŞDIRILMASINDA SƏYLƏRINI BIRLƏŞDIRIRLƏR”.

Göründüyü kimi Zatulin yenə də nə öz rəsmi statusuna, nə də təmsilçisi olduğu ölkənin yeritdiyi rəsmi siyasətinə hörmət qoymur. Onun kimilər öz şəxsiyyətlərini, şərəf və ləyaqətlərini şəxsi, cılız maraqlara hər zaman qurban verməyə hazırdırlar. Dövlətçilik, milli maraqlar, suverenliyə hörmət, beynəlxalq hüquqa dair öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipləri kimi anlayışlar vicdan yoxsulu olan Zatulun kimilərdə olmur. 

Böyük Quruluş Partiyası belə hesab edir ki, Zatulinin ermənipərəst, təxribatçı, bölgədə sülhün və sabitliyin əleyhinə yönələn və Rusiya ilə Azərbaycan dövlətlərinin üzərlərinə götürdükləri öhdəliklərə tamamilə zidd olan fəaliyyətinə lazımi səviyyədə reaksiya verilməli və Rusiya Dövlət Dumasının rəhbəliyinə kəskin etirazımız çatdırılmalıdır".
 


Digər xəbərlər
SON XƏBƏRLƏR