MHP liderindən Azərbaycana dəstək mesajı: "Ermənistanın arxasında duranlar ağır nəticələrə məsuldur"

img

14-09-2022 [17:22]


“Türkiyə sonuna qədər Azərbaycanın yanındadır. Can Azərbaycan terror dövləti Ermənistan və arxasındakı zalımlar qarşısında yalnız deyil”.

Mia.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı "tviter"dıki paylaşımında yazıb.

O bildirib ki, türk milləti soydaşlarının arxasındadır: "MHP erməni hücumlarını lənətləyir. Biz Qarabağın azadlığına uzanan əllərin qırılcağına inanırıq. Qarabağ zəfərini qəbul etməyən erməni terrorçuları qanlı və xain təxribatlara əl atırlar. Ermənistanın Qarabağdakı hücumlarına səbr dözüm göstərilməyəcək. Ermənistanın arxasında  duranlar ağır nəticələrə məsuldur. Türkiyə Azərbaycanla sona qədər dayanışma içindədir".


Digər xəbərlər
SON XƏBƏRLƏR