İtaliya-Azərbaycan Universitetiı ilə bağlı imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib - FOTOLAR (Yenilənib)
01-09-2022 [14:12]
Sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Əvvəlcə sazişlərin mübadiləsi olub.
“İtaliya-Azərbaycan Universiteti üzrə ADA Universiteti və Luiss Guido Carli Universiteti arasında akademik əməkdaşlığa dair Saziş”i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Luiss Guido Carli Universitetinin vitse-prezidenti professor xanım Paola Severino mübadilə ediblər.
“İtaliya-Azərbaycan Universiteti üzrə ADA Universiteti və Romanın Sapienza Universiteti arasında akademik əməkdaşlığa dair Saziş”i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Romanın Sapienza Universitetinin rektoru professor xanım Antonella Polimeni mübadilə ediblər.
“İtaliya-Azərbaycan Universiteti üzrə ADA Universiteti və Turin Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair Saziş”i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Turin Politexnik Universitetinin rektoru, professor Guido Saraçço mübadilə ediblər.
“İtaliya-Azərbaycan Universiteti ilə bağlı ADA Universiteti və Alma Mater Bolonya Universiteti arasında akademik əməkdaşlığa dair Saziş”i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Alma Mater Bolonya Universitetinin İcraçı prorektoru professor xanım Simona Tondelli mübadilə ediblər.
“ADA Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair Saziş”i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Milan Politexnik Universitetinin Dizayn Departamentinin direktoru professor Alessandro Deserti mübadilə ediblər.
Sənədlərin mübadiləsindən sonra dövlət başçısı çıxış edib.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib:
- Hörmətli xanımlar və cənablar, əziz dostlar.
Mən sizi səmimiyyətlə salamlayıram.
Azərbaycan səfirliyinə xoş gəlmisiniz.
Bugünkü mərasim Azərbaycan səfirliyinin yeni binasında keçirilir. Onu da deməliyəm ki, bu, yeni binada keçirilən ilk tədbirdir. Romanın tarixi məhəlləsində yerləşən bu tarixi bina bu gün öz qapılarını açır və eyni zamanda, bu binada Azərbaycanın Mədəniyyət Mərkəzi də fəaliyyət göstərəcək.
Mən çox şadam ki, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aiddir. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq.
Bu ilin aprel ayında Bakıda ADA Universitetinin kampusunda İtaliya xarici işlər naziri cənab Luici Di Maionun iştirakı ilə yeni tədris korpusunun təməli qoyuldu. İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək. Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti, Roma Sapienza Universiteti – bu adlar İtaliyanın kənarında da məşhurdur. Onu da bildirməliyəm ki, İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut – Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu və Dizayn və Memarlıq İnstitutu fəaliyyət göstərəcək.
İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bizim çox güclü siyasi-iqtisadi əlaqələrimiz mövcuddur. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb.
Bugünkü mərasim isə onu göstərir ki, biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik. Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur. Eyni zamanda, əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq. Bir sözlə, mən hesab edirəm ki, bu gün biz tarixi hadisənin şahidiyik. Bu gün mənim İtaliyaya işgüzar səfərimin birinci günüdür və birinci tədbiridir. Əminəm ki, İtaliya rəhbərləri ilə keçiriləcək görüşlər bizim dostluğumuzu, tərəfdaşlığımızı daha da möhkəmləndirəcək.
Bir daha hamınızı bu gözəl tarixi hadisə münasibətilə təbrik edirəm.
x x x
Daha sonra İtaliya Respublikası Ekoloji Keçid Nazirliyinin dövlət katibi xanım Vannia Qava, İtaliya-Azərbaycan Universiteti üçün tərəfdaş italyan universitetləri adından Luiss Guido Carli Universitetinin vitse-prezidenti professor xanım Paola Severino və ADA Universitetinin rektoru professor Hafiz Paşayev çıxış ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, bu il İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun ölkəmizə səfəri çərçivəsində aprelin 2-də Bakıda ADA Universitetinin kampusunda təməli qoyulan İtaliya-Azərbaycan Universiteti Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı əldə olunub.
Bu ali təhsil ocağında tədris olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək. Universitet, eyni zamanda, kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, o cümlədən elektrik və elektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, həmçinin şəhərsalma və landşaft memarlığı, dizayn, sosial elmlər, biznesin idarə olunması, italiyaşünaslıq və digər istiqamətlər üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq ediləcəyi elm və bilik ocağı olacaq.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident onları mükafatlandırdı - SİYAHI
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı