Xalq artisti: "Bu xəbəri eşidəndən göz yaşımı saxlaya bilmirəm”

img

30-08-2022 [15:52]


"Bu xəbəri eşidəndən göz yaşımı saxlaya bilmirəm”.

Mia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova Özbəkistan Prezidenti tərəfindən Xalq Artisti fəxri adına layiq görülməsi ilə bağlı fərmandan danışarkən deyib.

"Azərbaycandan tək mən təltif olunmuşam. Özbəkistanın Daşkənd şəhərində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov mənə yazdı. Çaşdım qaldım, gözümə inana bilmədim. Həmin anda Samir müəllimə zəng etdim, təsdiqlədi, gözlərim doldu, hələ də ağlayıram. Mənim Özbəkistana ilk səfərim Samir Abbasov tərəfindən olub. O gündən bu günə Samir müəllim hər dəfə Özbəkistanda tədbir olanda məni də dəvət edir. Bu tədbirlərin hər birini Samir müəllim təşkil edir”, - Xalq artisti təəssüratını bölüşüb.

Gülyanaq Məmmədova Özbəkistanın dövlət başçısına təşəkkür edib: "Sağ olsun ki, məni bu ada layiq görüb. Sevincimin həddi-hüdudu yoxdur. Mən bu tədbirlərə təmannasız getmişəm, kimsədən nəsə ummamışam. Tədbirlərimi, məclislərimi təxirə salıb, Özbəkistana getmişəm. Mən dövlətimə xidmət edirəm. Bunun da bəhrəsini gördüm”.

Qeyd edək ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev Xalq artisti Gülyanaq Məmmədovanı Özbəkistanın Xalq Artisti fəxri adı ilə təltif edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR