Masallıda dağlıq ərazidəki yanğın söndürülüb - Açıqlamalar (VİDEO/Yenilənir)
28-08-2022 [10:44]
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən dünən axşam saatlarında söndürülüb.
Mia.az FHN-in Mətbuat Xidmətinə istinadla bildirir ki, yanğın nəticəsində təxminən 5,5 hektar sahədə kol-kos və ağaclar yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları, bir qrup yerli sakin iştirak edib.
***
27.08.2022.
Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Mia.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, bəzi ərazilərdə yanğın lokallaşdırılıb.
Hazırda yanğınsöndürmə işləri aparılır.
***
Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın lokallaşdırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Masallı Yanğından Mühafizə Xidmətinin rəisi Qabil Nehmətov məlumat verib.
O bildirib ki, yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alınıb: "Hazırda 8204 ha meşə zolağından 5,5 ha yanıb. Yanğın zamanı əsasən Dəmirağacı, Palıd, Vələs və.s ağaclar yanıb. Hazırda yanğının hansı səbəbdən baş verməsi araşdırılır. Yanğın olan ərazi tam nəzarətə götürülüb".
***
Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Mia.az FHN-in Mətbuat Xidmətinə istinadla bildirir ki, ümumilikdə yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları iştirak edir.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.
Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, hazırda yanğınla mübarizə davam edir, söndürülmə işləri aparılır.
Xatırladaq ki, avqustun 25-də Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
***
Masallı rayonunda dağlıq ərazidəki yanğının söndürülməsinə helikopterlər cəlb olunub.
Mia.az FHN-ə istinadla bildirir ki, FHN-in “112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***
Masallı rayonunda dağlıq ərazidə yanğın başlayıb.
Mia.az Fövqəladə Hallar Nazirliyinı istinadla bildirir ki, hadisə rayonun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazisində qeydə alınıb.
Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının söndürülməsi istiqamətində işlər aparır.
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR