"Space"in rəhbəri: "Özünü doğrultmayan layihələr var"

img

24-08-2022 [16:41]


" "Space" telekanalının 3 mərhələdən ibarət inkişaf strategiyası var. 1-ci mərhələdə ötən il və bu il antiböhran tədbirləri həyata keçirildi. Əsas məqsədimiz tədricən texniki problemləri, köhnə borcları və yeni layihələr məsələsini həll etmək idi. Buna da qismən nail olduq".

Mia.az xəbər verir ki, bu sözləri Musavat.com-a "Space" kanalının rəhbəri Müşfiq Hətəmov deyib.

"Yeni mövsümdə ikinci mərhələyə başlayacağıq. Bu mərhələdə də məqsəd texniki problemləri tədricən həll etmək və yeni layihələrlə efirə çıxmaqdır. Buna çox ciddi hazırlıqlarımız gedir. Oktyabrın əvvəli, yaxud ortasında siz bizim yeni layihələrimizi görəcəksiniz. Əsas məqsədimiz televiziyanı böhrandan çıxarmaqdır ki, bu istiqamətdə tədricən addımlar atırıq. 2023-cü ilin yeni mövsümündə isə "Space" kanalının konsepsiyasını elan edəcəyik", - kanal rəhbəri bildirib.

 "Space" telekanalında ixtisarlar gözlənilirmi" sualına Müşfiq Hətəmov belə cavab verib:

"Biz televiziyaya məşhur şəxslər, mütəxəssislər cəlb edirik. İxtisarlar olmayacaq. Özünü doğrultmayan layihələr var. Montajor var ki, müasir montaj prinsiplərini bilmir, onu yenisi ilə əvəzləyə bilərik. Bu da tədricən baş verəcək. Əvvəllər burada aşağı maaşla yüksək keyfiyyəti olmayan işçilər çalışıb. Oktyabrda bizim efirdə yeni simalar görəcəksiniz. Kadrların sayı artacaq, nəinki azalacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR