Eldar Həsənov və ailə üzvlərinin şikayəti üzrə proses təxirə salınıb - Vəkildən açıqlama
19-08-2022 [14:12]
“Avqustun 18-də Eldar Həsənovun işindən maraqlı şəxslərin verdiyi şikayət üzrə, yəni əmlaklarına qanunsuz həbs qoyulmuş şəxslər tərəfindən verilmiş şikayətə baxıldı. Bu proses 20 oktyabr saat 11:05-ə təxirə salındı. E. Həsənovun öz cəzası ilə bağlı şikayətə baxılmayıb və bu proses hələ ki, təyin olunmayıb”.
Mia.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında həbsdə olan sabiq səfir Eldar Həsənovun vəkili Valeh Mehralıyev deyib.
V.Mehralıyev E.Həsənovun səhhətinin ağırlaşdığını bildirib: “Eldar Həsənov bir neçə xəstəlikdən əziyyət çəkir. O, həbs edilmədən öncə ikinci tip şəkərli diabet olsa da, həbs müddətində artıq xəstəliyi birinci tipə çevrilib. Ona insulin inyeksiyası vurulur. Eyni zamanda başgicəllənmələri, yıxılmaları davam edir. Paroksizmal vertiqo xəstəliyindən əziyyət çəkir və bu, onu çox narahat edir. Ayağında şişlər olduğu üçün yerimə məhdudiyyəti var, çətinliklə yeriyir, vəkillərlə görüşə belə kömək olmadan gələ bilmir. Səhhəti ilə bağlı Ədliyyə Nazirliyinin Baş Tibb idarəsindəki həkimlərin normal müdaxiləsi təmin olunmadığı üçün müayinə və müalicəsi bir qədər məhdudiyyətlədir. Bu da Eldar Həsənovun səhhətinə pis təsir göstərir”, - vəkil qeyd edib.
Xatırladaq ki, 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Eldar Həsənovun Bakıda tutulduğunu açıqlayıb. Avqustun 14-də Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçilib, avqustun 17-də Prezident İlham Əliyev Eldar Həsənovu Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfir vəzifəsindən azad edib. Bakı Ağır Cinayətlər Məhkəməsi 2022-ci il yanvarın 21-də Eldar Həsənova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökm Eldar Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmasını, ona məxsus olduğu iddia edilən bəzi əmlakların müsadirəsini də nəzərdə tutub. Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb. E. Həsənov hazırda Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində (Bakının Binə qəsəbəsi) saxlanır. Hazırda iş Ali Məhkəmədə, hakimlər İlkin Rəcəbov, Şahin Yusifov və Nazim Mövsümovun icraatındadır.
Mia.az
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib